11 C
Baku
Saturday, November 29, 2025

Mərkəzi Bank faizləri bir daha endirməyi planlaşdırır?

Bazarda gəzən şayələrə görə, Mərkəzi bank ilin sonuna qədər kredit faizləri üzrə təyin edilmiş limitləri bir qədər də aşağı salmağı planlaşdırır.

Banker.az portalına anonim mənbədən daxil olan məlumata görə, bu barədə bir neçə bank rəhbərliyinə qeyri -rəsmi məlumat verilib.

Qeyd edək ki, son dəfə Mərkəzi Bank BOKT və banklar üzrə istehlak kreditlərinin maksimal limiti olaraq illik FİFD 29%, biznes kreditləri üzrə FİFD 25% təyin etmişdir.
Verilən məlumata görə, yeni limitlər istehlak kreditləri üzrə maksimum illik FİFD 25%, biznes kreditləri üzrə FİFD 20-22% civarında olacaqdır.

Son xəbərlər
Digər xəbərlər