“Türkiyədə ilin sonunadək inflyasiyanın 48-49 % səviyyəsində olacağı proqnozlaşdırılır”.
Bu barədə ölkənin maliyyə naziri Nurəddin Nəbati bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin sonunadək bu göstəricinin 19,9 %-ə enəcəyi gözlənilir.
Daha əvvəl Türkiyənin Statistika İnstitutu may ayının yekunlarına görə ölkədə illik inflyasiyanın əvvəlki ayla müqayisədə 69,97 %-dən 73,5 %-dək sürətləndiyini açıqlamışdı.
Nazir yaxın perspektivdə uçot dərəcəsinə dəyişikliyin nəzərdən keçirilmədiyini bildirib.
Xatırladaq ki, Türkiyədə uçot dərəcəsi 14 % səviyyəsində müəyyən edilib.