“Dərman qiymətlərində artım var. Əvvəl dərmanların 1 qramlıq olanların qiyməti ilə 0,5 qramlıq eyni qiymətə satılır. Sonra 1 qramlıq versiya yavaş-yavaş aradan çıxarılır”.
Bu barədə deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Deputat bildirib ki, 0,5 qramlıq, 1 qramlıq dərmanın qiymətinə satılır:
“Həmin dərmanı istifadə edən xəstə məcburdur ki, eyni dərmandan 2 ədəd alsın. Qiymətlər süni olaraq qaldırılır. Ola bilər indi inflyasiyadır”.
Deputat diqqətə çatdırıb ki, Lənkəranın 4 kəndinə 1 ildir 100 metr su borusu çəkə bilmirlər: “1 ildir bunu özüm deyib, özüm eşidirəm. “Azərsu” 1000-2000 paqometrə suyu çəkə bilmir. 4 kəndin sakini suyu vedrəylə daşıyır. Axırda şanlı məktub yazmışam, 10 dənə də istinadla məktuba əlavə etmişəm. Bunlara yazdığım məktublar elə bil kosmosa gedir. Bu kəndlərdə şəhid ailələri, qazilər də yaşayır”.