Rusiya ABŞ-ın 61 vətəndaşına qarşı sanksiya tətbiq edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “qara siyahı”ya salınan amerikalıların Rusiyaya girişinə qadağa qoyulub. Qərar ABŞ-ın tətbiq etdiyi sanksiyalara cavab olaraq qəbul edilib.
Siyahıda olan şəxslər əsasən hərbi sənaye kompleksinin nümayəndələridir.