Mayda qabaqcıl biznes-məktəblərdə birinci dedlayna tam beş ay qalır. Buna baxmayaraq, əgər siz sənədlərin verilməsini son müddətinə kimi çatdırmaq istəyirsinizsə, məhz baharın axırıncı ayı qəbula hazırlaşmaq üçün ən uyğun vaxtdır .
May – məktəblərin təkliflərini öyrənmək və sizin tələblərimizə cavab verən proqramları tapmaq üçün ideal vaxtdır. Əlbəttə ki, reytinqlərin öyrənilməsindən başlamaq olar, lakin onlarla məhdudlaşmağa dəyməz. Özünüzə bir neçə sual verməyə məcbur olacaqsınız, onların cavabları gələcəkdə sizə düzgün seçim etməkdə kömək ola bilər. Təcrübi və nəzəri tədrisin birləşdirilməsi sizin üçün önəmlidirmi? Sizə hansı proqram daha münasib olar: hər bir tapşırığın sizi düşünməyə məcbur edəcəyi keyslər üsuluna yönələn, yaxud müəllimin sizə nə etmək lazım olduğunu danışacağı və hazır cavabları öyrədəcəyi proqram? Sizin hal-hazırda işlədiyiniz sahədə və yaşadığınız regionda, MBA diplomu nə dərəcədə tələb olunacaq? Bu bir neçə sual, gələcəkdə sizə uyğun olan məktəbi tapmağı lazım olan istiqamətə yönəldəcək.
Daha sonra, sizin sənədlər qovluğunda zəif yerləri təyin etmək lazımdır. Əgər sizin GMAT üzrə nəticəniz məktəbin tələbələrinin orta balından aşağıdırsa, hazırlıq kursalarına yazılmaq və bir daha qəbul qabağı test vermək lazımdır. Əgər idarə etmədə yaxud liderlikdə təcrübəniz yetərincə deyilsə, başqa sahələr, təşəbbüs göstərmək və yaxın üç ayda öz planınızı realizasiya etməyi sınaya biləcəyiniz sahə barəsində düşünmək olar. Əgər siz indiyə kimi peşəkarlığınızın uğurluluğu barədə zəmanətdə danışa bilənlərlə yaxşı münasibət qura bilməmisinzsə, kimin daha yaxşı zəmanət tərtib edə bilməsi prosesini təyin etmək və həmin adamlarla bu mövzuda danışmağa başlamaq lazımdır.
Üzərində işləməli hələ çox sənəd var: xülasə, transkriptlər, iş təcrübəsi göstəriciləri, könüllü və iş vaxtından artiq fəaliyyət, zəmanətlər və sair. Bu sənədlərin qaralama variantının indi hazırlanması, həmin sənədləri dedlayndan qabaq axırıncı gecə tələsərək hazırlayan applikantları sadəcə arxada qoymaq deyil, hətta özünüzün əsas üstünlüklərinizi və nailiyyətlərinizi təyin etməyə kömək edər və essedə nəyi qeyd etmək lazım olduğu barədə təsəvvür yaradar.