17 C
Baku
Monday, May 13, 2024

Müdafiə naziri Türkiyəyə səfər edib

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə “Efes-2022” beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə işgüzar səfər edib.

Banker.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən bildirilir ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər