11 C
Baku
Saturday, November 29, 2025

Bank Technique haqqında yazılanlara aydınlıq gətirdi

Son dövrlərdə “Bank Technique” ətrafında səslənən fikirlərə aydınlıq gətirib.

Bankdan Banker.az portalına daxil olan açıqlamada bildirilir ki, “Müəyyən çətinliklərimiz var, bunları aradan qaldırmaq üçün qüvvəmizi səfərbər edirik. Xərclərin optimallaşdırılması, bəzi strukturların minimallaşdırılması və müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində bütün mümkün tədbirləri həyata keçiririk.

Bankın dayanaqlı mövqeləri bu çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək, biz buna əminik, necə ki, son üç il ərzində məcmu kapital əsaslı şəkildə yüksəldilmiş, 310 mln. manat vaxtı keçmiş kreditlərin 157 mln. manatın həcmində yığımına nail olunmuşdur. Bank yüksək xidməti ilə 137 min müştərini öz ətrafında birləşdirə bilmişdir.

Müştəri vəsaitləri ilə bağlı, mövcud qanunvericiliyin tələblərinə əsasən tam məlumat verə bilməsək də, bununla belə bəzi internet-portallarında yer alan yazılara aydınlıq gətirmək istəyirik. Adı çəkilən “Araş Medical” yüzlərlə müştərilərimizdən biridir və həmin şirkətin hesabında yazılarda qeyd edilmiş vəsait olmayıb, hesabda olan vəsaitlərin isə hər hansı şəkildə batması təhlükəsi yoxdur. Bu həmçinin Bankımızda xidmət olunan digər müştərilərimizə də aiddir”, Bankdan bildirilib.

Son xəbərlər
Digər xəbərlər