11 C
Baku
Saturday, November 29, 2025

“Yeni Həyat” Şirkətlər Qrupu da “Bank Technique” ilə əməkdaşlığı dayandırıb

“Yeni Həyat” Şirkətlər Qrupu “Bank Technique” ASC ilə əməkdaşlığını dayandırıb.

“Yeni Həyat” Şirkətlər Qrupu “AtaBank” ilə işləməyə qərar verib.

“AtaBank” ASC-dən “APA-Economics”ə bu məlumatı təsdiqləyiblər. “Artıq 10 gündür ki, “Yeni Həyat” Şirkətlər Qrupu bizim bankla əməkdaşlığa başlayıb”, -deyə bankdan bildirilib.

Qeyd edək ki, buna qədər “Aqrolizinq” ASC, “Bakı Metropoliteni” QSC və Azərbaycanda fəaliyyət göstərən notariat kontorları “Bank Technique” ilə əməkdaşlığı dayandırıblar.

APA

Son xəbərlər
Digər xəbərlər