Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 309 395,3 min manat təşkil edib, bu da illik müqayisədə 10,6% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 346 001 min manat səviyyəsində olub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 8 642,5 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,44% azdır.
Hesabat dövründə, kəmər vasitəsilə 6 675 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 2,9% az).