Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün 10 şərt irəli sürüb

Türkiyə hakimiyyəti İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı 10 şərt irəli sürüb, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Ankara tələblərini mayın 25-də İsveç və Finlandiyanın nümayəndələri ilə görüşdə açıqlayıb. Şərtlər arasında aşağıdakılar olub:

–         hər iki ölkə terror təşkilatları ilə mübarizədə Türkiyəyə dəstək olmalıdır,

–         terrorizmlə mübarizə məqsədilə zəruri olan hüquqi normalar qəbul edilməlidir,

–         PKK-nın nümayəndəliklərinin genişlənmək cəhdləri dayandırılmalıdır,

–         FETO hərəkatının (Ankara tərəfindən terror hərəkatı kimi tanınıb) fəaliyyətinin qarşısını almaq, ona bağlı internet saytlarını və medianı bağlamaq,

–         terrorizmlə əlaqəli aktivləri dondurmaq,

–         terrorda iştirak edən şəxsləri Türkiyədən deportasiya etmək,

–         adı çəkilən terror təşkilatlarının nümayişlərini qadağan etmək,

–         Türkiyə ilə kəşfiyyatı paylaşmaq,

–         Türkiyədə müdafiə sənayesinin tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırmaq,

–         İsveç və Finlandiya, əgər NATO-ya daxil olarlarsa, yuxarıda göstərilən bütün öhdəlikləri yerinə yetirməlidirlər.

Xatırladaq ki, Finlandiya və İsveç may ayında Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasından sonra NATO-ya qoşulmaq üçün müraciət ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ittifaqın genişlənməsinin əleyhinə çıxış edərək, İsveç və Finlandiyanı terrorçuları dəstəkləməkdə ittiham edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər