13 C
Baku
Friday, November 22, 2024

Ölkənin kredit ittifaqlarının kapitalına görə renkinqi, yerləşdiyi yerlər – SİYAHI

Banker.az Azərbaycanda kredit ittifaqlarının nizamnamə (səhm) kapitalının həcminə görə renkinqini tərtib edib.

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

Azərbaycan Mərkəzi Bankının 8 iyun 2022-ci il tarixinə olan siyahısına əsasən 41 kredit ittifaqı hazırda kredit bazarında lisenziya ilə fəaliyyətdədir. Bunlardan 7-si Lənkəran rayonunda 6-sı isə Bakı şəhərindədir.

Requlyatorun Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydalara görə, kredit ittifaqlarının nizamnamə kapitalı 4000 manatdan az ola bilməz. Kİ-nin üzvlərinin sayı minimum 11 nəfər olmaldır.

Siyahıya Lənkəranda fəaliyyətdə olan Xəzər Kredit İttifaqı başçılıq edir, onun nizamnamə kapitalı 190 200 manatdır.

İkinci sırada olan təşkilat da Lənkərandadır. “İsmayıl” Kredit İttifaqının nizamnamə kapitalı 55 000 manatdır.

Üçüncü sırada isə İsmayıllıda fəaliyətdə olan “Stimul” Kİ-dir ki, onun kapitalı 50 060 manatdır.

41 kredit ittifaqının 16-sı Mərkəzi Bankın minimal tələbinə uyğun (4000 manat) nizamnamə kapitalına sahibdir.

3242349824234 qu4qu423

Son xəbərlər
Digər xəbərlər