“Bakı Banklararsı Valyuta Birjası” QSC ləğv olunduğunu elan edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat yer alıb.
Bildirilib ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 75, mənzil Winter Plaza, otaq 304 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Bakı Banklararsı Valyuta Birjası 1993-cü ildə yaradılıb. Onun qanuni təmsilçisi isə Fərhad Fikrət oğlu Əmirbəyovdur.