Azərbaycan Banklar Assosiasiyasının (ABA) yeni rəhbəri seçilib. Banker.az xəbər verir ki, yeni rəhbər Zakir Nuriyevdir.
Z.Nuriyev bu postda “Qafqaz İnkişaf Bankı”nın Müşahidə Şurasının sədri Eldar İsmayılovu əvəzləyəcək.
O, 1996-cı ildə Azərbaycan Banklar Assosiasiyasının prezidenti vəzifəsinə seçilib və 2006-cı ilə qədər həmin vəzifədə çalışıb. 2006-cı ildən indiyədək Assosiasiyanın Rəyasət Heyətinin üzvüdür.








