Bu ilin ilk 3 ayında Azərbaycanın nəqliyyat sektorunda çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.9% azalaraq 73 707 nəfər olub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, metro, avtomobil və boru kəməri nəqliyyatı işçilərinin sayında cüzi artım olsa da (müvafiq olaraq 0.6%, 1.7% və 0.6%) dəmir yolu nəqliyyatı işçilərinin sayı 20.2% azalıb. Belə ki, ötən ilin yanvar-mart aylarına olan göstəricilərdə bu say 5 784 olduğu halda, hesabat dövründə 4 613 olub.
Həmçinin, dəmir dəniz nəqliyyatında çalışanların sayı da azalıb. Komitənin hesabatına əsasən, onların sayı 6 569 nəfər (0.3%) təşkil edir.