13 C
Baku
Friday, November 22, 2024

Biznes-məktəblərin məzunlarının işlə təmin olunması statistikası yaxşılaşır

İNSEAD biznes-məktəbinin işlə təmin olunması şöbəsinin direktoru Sandra Şvarser (Sandra Schwarzer), müsahibələrinin birində son aylarda əmək bazarında canlanma olduğu barədə xəbər verdi.

Hələ 2009-cu ilin payızında işlə təmin olunma göstəriciləri keçən ilin yazı ilə müqayisədə 17% yaxşılaşmışdır. 2009-cu ilin məzunlarına işlə təmin olunma təklifləri 2008-ci illə müqayisədə əhəmiyyətli dərəcədə çox olmuşdur.

Sandra Şvarserin dediyinə görə, bu bazarın böhran vəziyyətində olan tələbatının dəyişikliklərinə uyğunlaşmaq bacarığı çox halda tələbələrin öz nailiyyətləridir. 2009-cu ilin

İNSEAD məzunlarının buraıxılışının 86%-i təhsilini bitirdikdən sonra işəgötürənlərdən 3 ay ərzində təklif almışlar. Bazarın vəziyyətini nəzərə alsaq, buheç də pis nəticə deyil. Sandra Şvarserin dediyinə görə iqtisadi sabitlik zamanı bu göstərici adətən 92% təşkil edir.

İNSEAD biznes-məktəbinin işlə təmin olunması şöbəsinin direktoru deyir ki, axır ay ərzində məktəbin kampusuna, MBA proqram üzrə məzunların ənənəvi işəgötürənləri qayıtmışlar. İnvestisiya banklarının hələ böhrandan əvvəlki miqdarda vakansiya təklif etmədiklərinə baxmayaraq, 2010-cu ildə təcrübə keçmə təklifi 2009-cu illə müqayisədə iki dəfə artmışdır.  Konsaltinq eləcə də bazarın canlanmasına hazırlaşaraq, bütün dünyadan mütəxəssisləri işə dəvət edir. Səhiyyə, farasaevtika və biotexnologiya şirkətləri müəyyən dərəcədə biznes-məktəbin məzunlarının işlə təmin olunması məsələsində antiböhran həlli olmuşdlar. Energetika şirkətləri eləcə də bazarın canlanmasına hazırlaşırlar və ekoloji təmiz texnologiyaları həyata keçirmək üçün idarə ediciləri işə götürür, həmçinin bu – sənayenin işçilərinin yaxın onillikdə gözlənilən pensiyaya çıxması dalğasına hazırlaşmaqdır.

Sosial sahə (qeyri kommersiya, ekoloji, dövlət müəssisələri, fondlar) məzunlar üçün daha cəlbedici olmağa başlamışdır. Buna baxmayaraq, qeyd etmək lazımdır ki bu bölmədən kampusa az şirkətlər gəlir. Adətən tələbələr özləri məktəbin məzunları şəbəkəsinin köməyindən istifadə edərək iş tapırlar. Kiçik və orta biznes nadir hallarda MBA diplomlu olan mütəxəssiləri işə götürürlər. Lakin çox hallarda məhz çox böyük olmayan şirkətlər maraqli vakansiya təklif edirlər və bu gələcəkdə MBA proqramı məzununa tez bir vaxtda çox qiymətli praktiki təcrübə toplamağa kömək edir.

Son xəbərlər
Digər xəbərlər