11 C
Baku
Monday, November 25, 2024

“Dövlətlər ya suveren, ya da müstəmləkə olur” – Putin

“Müasir dünyada dövlətlər ya suveren, ya da müstəmləkə ola bilər, aralıq dövlət yoxdur”.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Dünya dəyişir və özü də sürətlə dəyişir. Və bir növ liderliyə iddialı olmaq üçün – mən qlobal liderlikdən danışmıram – əlbəttə ki, hər hansı bir ölkə, hər hansı bir xalq, hər hansı bir etnik qrup öz suverenliyini təmin etməlidir. Çünki aralıq dövlət yoxdur: ölkə ya suverendir, ya da müstəmləkədir”, – deyə Putin bildirib.

Onun sözlərinə görə, müstəmləkələrin sərt geosiyasi mübarizədə sağ qalmaq şansı yoxdur: Əgər bir ölkə və ya bir qrup ölkə suveren qərarlar qəbul edə bilmirsə, o, artıq müəyyən dərəcədə müstəmləkədir və müstəmləkənin belə sərt geosiyasi mübarizə şəraitində yaşamaq üçün tarixi perspektivi, şansı yoxdur.

Putin qeyd edib ki, “heç kəsi incitməmək üçün” konkret ölkələrin adlarını çəkmək istəmir, lakin geosiyasi mübarizənin həmişə mövcuddur.

 

 

Son xəbərlər
Digər xəbərlər