İsveç Türkiyənin təhlükəsizliyinə töhfə verəcək.
Bu barədə İsveçin xarici işlər naziri Ann Linde Parlamentdə bildirib.
Xarici işlər naziri Türkiyə də daxil olmaqla, ölkəsinin NATO-nun bütün tərəfdaşlarının təhlükəsizliyinə töhfə verəcəyini vəd edib.
“Müraciətimiz NATO üzvlərindən geniş dəstək alıb. Bizim ambisiyamız konstruktiv ruhda Türkiyənin qaldırdığı məsələlərdə irəliləyiş əldə etməkdir”, o vurğulayıb.