Postmüharibə dövründə şəhid ailələri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyin olunub.
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, şəhid ailələrinin üzvləri olan 7979 nəfərə 15943, müharibə əlillərindən 2935 nəfərə 5870, müharibə veteranlarından isə 81856 nəfərə 81856 sosial ödəniş təyinatı aparılıb.