10 C
Baku
Thursday, December 12, 2024

“Frontex”: “Müharibə başlayandan bəri 2.5 milyon qaçqın Ukraynaya qayıdıb”

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri 2,5 milyon ukraynalı qaçqın öz vətəninə qayıdıb.

Bu barədə Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (“Frontex”) məlumat yayıb.

Bildirilir ki, son on gündə hər gün orta hesabla 37 min ukraynalı Avropa İttifaqına (Aİ) üzv dövlətləri tərk edərək Ukrayna və Moldovaya üz tutur.

“Frontex”in məlumatına əsasən, müharibə başlayandan bəri 5,5 milyon Ukrayna vətəndaşı Aİ-yə qaçıb.

“Bu gün vətənə qayıdan ukraynalıların sayı ölkəni tərk edənlərin sayından çoxdur”, – agentliyin bəyanatında deyilir.

 

 

Son xəbərlər
Digər xəbərlər