23 C
Baku
Saturday, September 28, 2024

Avropa Ukrayna ilə bağlı qərarı gələn həftə verəcək

Avropa Komissiyası gələn həftənin sonuna qədər Ukraynanın Avropa İttifaqına üzvlüyə namizəd olub-olmaması ilə bağlı qərar verəcək.

Bunu Komissiyanın prezidenti Ursula fon der Lyayen deyib.

O, Ukraynanın Aİ-yə üzvlük müraciətini müzakirə etmək üçün bu gün Kiyevə səfər edib.

“Bildiyiniz kimi, komissiya hazırda Avropa İttifaqına üzv dövlətlər üçün ekspert rəyi təklifləri hazırlayır və biz gecə-gündüz həmin qiymətləndirmə üzərində işləyirik. Beləliklə, bugünkü müzakirələr bizə gələn həftənin sonuna qədər qiymətləndirməmizi tamamlamağa imkan verəcək”, – deyə o bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər