Yenicə buraxılmış biznes-inzibatçılıq magistirlərini işə qəbul etdikdə, işə götürənin buraxa bildiyi ən böyük səhv iş təcrübəsi olmayanları seçməsi ola bilər.
MBA-ya istiqamətlənmiş tələbəninsə buraxa biləcəyi ən böyük səhv onun əvvəl bir-iki il işləmədən dərəcə almaq üçün oxuduğu tədris müəsissəsindən dərhal getməsidir.
Nə üçün? Ona görə ki, bu akademik dərəcə deyil, peşə dərəcəsidir. Təəssüf ki, rəsmi və mərhələ-mərhələ təcrübə keçmədən yiyələnməyi mümkün olmayan polis, təyyarəçi, həkim peşələrindən fərqli olaraq, menecer peşəsinə çox vaxt məhz məqsədə çatmaq üçün müəyyən sahədə iş təcrübəsi olmadan gəlmək fikrindən irəli gəlir.
Yəgin ki, sizin bu suala münasibətiniz vəziyyətinizdən asılıdır, ona görə də, biz hər iki variantı müzakirə edəcəyik.
İşə götürənlər üçün hər şey sadədir. İş təcrübəsinin olması vacibdir, çünki namizəd ancaq iş yerində onun ciynində olan cavabdehliyi və müəsissənin qarşısında duran məsələlərin onun qəbul etdiyi qərarların əhəmiyyətindən asılı olduğunu başa düşür.
İnsanın irrasional və alogik məxluq olduğunu təcrübə bizə tez öyrədir, ona görə ki, iki nöqtə arasında ən qısa xətt həmişə düz xətt olmur. İnsanlar nisbi xeyir barəsində, absolyut xeyir barəsindən daha çox narahat olurlar. MBA bunu necə izah etmək qabiliyyətindədir?
Namizədlər və valideynlər əhvalatında hər şey daha qarışıqdır, axı ancaq onlar namizədin təcrübəsiz qalmasına təsir göstərə bilərlər. Valideynlərə sabitlik, gələcəyi qabaqcadan bilmək arzusu və təhlükəsizlik istəyi xasdır.
Lakin MBA-nı əvvəlcədən təcrübə olmadan alınması sizi cığırından daha cox çıxarır, çünki siz bünövrəsi olmayan bilik alırsınız. İş təcrübəsi istənilən ola bilər, ya geniş ixtisaslaşma (köməkçi yaxud çox sayda funksiya yerinə yetirən adam), dərin ixtisaslaşma (kiçik şirkətdə böyük iş yaxud böyük şirkətdə xırda iş), əlaqələr hesabına tapılan iş (ailə, xüsusi və qeyri-dövlət təşkilatları), – xırdalıqlar fərq etmir. MBA şirkətlərin müxtəlif funksiyalı olduğunun başa düşülməsini formalaşdırır. Dərəcə maliyyə, mühasib hesabatı, statistika barədə nəzəri əsaslandırma verir, müştəriləri, investorları və əməkdaşları nə vaxt “cəlb etmək” təsəvvürü yaradır. Bunun böyük əhəmiyyəti var: siz sadəcə yaxşı biznes məktəbdə olmamalısınız, siz eləcə də bu mühitdən olmalısız.
İş təcrübəsi suallara birmənalı cavab verə bilməz, lakin gələcəyə planları tərtib etməyə yanaşmada çox məlumat, informasiya və savad verə bilər. İqtisadi tənəzzül MBA-nın proqramlarının etikası və məqsədləri barədə çox mübahisə yaratdı, belə ki böhran MBA ilə işləyən xeyli təşkilatlar tərəfindən yaranmışdır.
Mənbə:economictimes.indiatimes.com