10 C
Baku
Thursday, December 12, 2024

İlkin Quliyev “AccessBank”ın İdarə Heyətinə təyinat alıb

“AccessBank” QSC-nin İdarə Heyətinə daha bir üzv təyin edilib.

Banker.az bu barədə Bankın səhmdarlarının qərarı ilə İlkin Quliyev İdarə Heyətinə üzv seçilib.

O, həmçinin hazırda “AccessBank”nin Korporativ və pərakəndə bankçılıq üzrə icraçı direktor vəzifəsində fəaliyyətini davam etdirir.

İlkin Quliyev bankçılıqda 12 ildən çox iş təcrübəsinə malikdir. O, “AccessBank”dan öncə müxtəlif banklarda Xidmət, Şöbə və Departament rəhbəri vəzifələrində işləyib.

İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın idarə olunması” üzrə bakalavr, İngiltərənin Nyukasl Biznes Universitetində “Bank və Maliyyə” üzrə magistr dərəcələrinə yiyələnib.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Son xəbərlər
Digər xəbərlər