Fransa lideri Emmanuel Makron ölkənin müdafiə nazirliyinin rəhbərini hərbi proqramlaşdırma haqqında qanuna yenidən baxmağa çağırıb və Fransanın “müharibə iqtisadiyyatına daxil olduğunu” qeyd edib.
Banker.az bu barədə “Rt.ru”ya istinadən xəbər verir.
“Mən nazirdən və silahlı qüvvələrin baş qərargah rəisindən geosiyasi hadisələr fonunda qarşıdakı həftələrdə hərbi proqramlaşdırma qanununu nəzərdən keçirmələrini xahiş etdim”, – deyə Makron deyib.
Onun sözlərinə görə, Fransa “müharibə iqtisadiyyatına daxil olub”.
Bundan əvvəl məlumat verilmişdi ki, Latviya müdafiə büdcəsinin təxminən üçdə birini Ukraynaya hərbi yardıma xərcləyib.