Bu ilin iyun ayının 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9% artaraq 684 699 olub.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5,7% artıb və 36 666 vahid təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1,3% artaraq 185 736-a çatıb.