Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində erməni həmkarı Vaaqn Xaçaturyanla danışıqlar aparacaq.
Bu barədə jurnalistlərə Rusiya Federasiyası prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Bu, Putinin Ermənistan Respublikasının prezidenti Xaçaturyanla ilk görüşü olacaq.
Sankt-Peterburqda Putin Bosniya və Herseqovina Rəyasət Heyətinin serb xalqından olan üzvü Milorad Dodik, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə də görüşəcək.
Xatırladaq ki, iyunun 15-18-də XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçiriləcək.