Fevralın 24-dən sonra Xerson vilayətində doğulan bütün uşaqlar avtomatik olaraq Rusiya vətəndaşlığını alacaqlar, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Fevralın 24-dən sonra Xerson vilayətində doğulan uşaqlar avtomatik olaraq Rusiya vətəndaşlığını alacaqlar”, – deyə regionun hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov söyləyib.
Xatırladaq ki, mayın 25-də Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb, ona əsasən Ukraynanın Zaporojye və Xerson vilayətinin sakinləri üçün Rusiya vətəndaşlığının alınması proseduru sadələşdiriləcək.