1 C
Baku
Saturday, December 14, 2024

5 ayda Azərbaycana 150 milyon dollara yaxın valyuta qazandıran məhsul

Bu ilin 5 ayında Azərbaycandan 53 min 975 ton pambıq lifi göndərilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

2022-ci ilin yanvar-may aylarında ixrac edilən pambıq lifinin dəyəri 125 milyon 263 min ABŞ dolları olub.

Ötən ilin eyni aylarında ölkədən 109 milyon 371 min dollarlıq 72 min 716 ton pambıq lifi ixrac edilib. Belə ki, pambıq lifinin ixracı dəyər ifadəsində 15% artıb, miqdar ifadəsində isə 26% azalıb.

Onu da qeyd edək ki, 5 ay ərzində Azərbaycandan 22 milyon 60 min dollarlıq 5 min 262 ton pambıq ipliyi ixrac edilib. 2021-ci ilin müvafiq dövründə isə pambıq iplik 17 milyon 840 min dollar vəsait gətirmişdi və ixrac olunmuş məhsulun həcmi 6 min 463 ton olmuşdu. İllik müqayisədə ixrac edilən pambıq ipliyin dəyəri 24% artıb, miqdarı isə 19% azalıb.

Son xəbərlər
Digər xəbərlər