Azərbaycan nefti 2022-ci ilin aprelində yeni müştəri ölkə tapıb.
Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Avstraliya apreldə 75 725 ton, yaxud 563 394 barrel həcmində Azərbaycandan neft alıb. Bu neftin hər bir barreli 109.5 dollara satılıb.
Buna görə Azərbaycana 61.67 milyon dollar valyuta daxil olub.
Qeyd edək ki, qlobal ticarət zəncirində neftin struktur defisti və Rusiya neftinə embarqolar ticarət xətlərində dəyişiklərə səbəb olub. Eyni qaydada BƏƏ də artıq Qərbə neft satışlarını bu səbəbdən artırıb.