13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanın sığorta sektorunun yerli banklarda depozitləri azalıb

Sığortaçıların yerli banklarda depozitləri azalsa da, depozitlər ikinci əsas investisiya
aləti kimi çıxış etməkdədir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin sonu ilə müqayisədə sığorta sektorunun yerli banklarda depozitləri 7% (28 mln. manat) azalaraq 371 mln. manata enib.

Cari ildə pandemiya və karantin qaydalarının yumşaldılması nəticəsində ötən dövr ilə
müqayisədə ən yüksək zərərli 3 sinif üzrə sığorta ödənişlərinin artımı müşahidə edilib.

Qeyd edək ki, bu sığorta siniflərindən ikisi könüllü olduğundan tarif siyasəti sığortaçılar tərəfindən sərbəst aparılır. Habelə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sinfi üzrə sığorta tariflərinin dövlət tərəfindən tənzimlənməsi (son dəyişiklik 2011-ci ildə həyata keçirilmişdir) və avtomobil bazasının genişlənməsi fonunda zərərlilik 79%-ə çatıb.

Son xəbərlər
Digər xəbərlər