Bu il Azərbaycan xaricdən $23 mln. 916.07 min dəyərində 30 306 ton 790 kq gübrə alıb. Bu illik müqayisədə dəyər ifadəsində 1.9% azalsa da, miqdar fadəsində 3 dəfəyə yaxın – 2.97 dəfə azalıb. Belə ki, ötən il yanvar-may aylarında $24 mln. 367.66 min dəyərində 89 878 ton 459 kq gübrə idxal olunmuşdu. Ötən il 1 ton gübrə alışına $270 xərclənmişdisə, bu il $790 xərclənib. Bu da 3 dəfəyə yaxın – 2.9 dəfə bahalaşma deməkdir.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatlarına istinadən xəbər verir.