11 C
Baku
Friday, November 15, 2024

Evlərin qiyməti qalxıb

Mənzil bazarında qiymətlər manat ifadəsində ötən ilin müvafiq dövrünə nəzərən 6.1% artıb.

Mərkəzi Bankadan bildirir ki, təkrar və ilkin mənzil bazarında qiymət artımı müvafiq olaraq 6% və 12.6% təşkil edib. Təkrar mənzil bazarında ən yüksək qiymət artımı elit mənzillər üzrə (9.7%), ilkin mənzil bazarında isə yaxşı layihələndirilmiş mənzillər üzrə (16.9%) müşahidə olunub. Hesabat dövrü ərzində yaşayış sahəsi üzrə kirayə haqqı 24.1%, kommersiya obyektləri üzrə icarə haqqları isə 31.2% aşağı düşüb.

Dövr ərzində ümumi sahəsi 870.4 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib. Bu da ötən ilin müvafiq dövrünə nəzərən 5.5% çoxdur. İnvestisiyaların həcmi ötən ilin müvafiq dövrünə nəzərən əmlakla əlaqədar əməliyyatlar üzrə 25.7% çox olub.

Publika.az

Son xəbərlər
Digər xəbərlər