2022-ci ilin yanvar-aprel aylarında əhalinin sayı 16 812 nəfər və ya 0.2% artaraq 2022-ci il may ayının 1-i vəziyyətinə 10 173 178 nəfərə çatıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əhalinin ümumi sayının 52.9%-ini şəhər, 47.1%-ini kənd sakinləri təşkil edib. Kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.