13 C
Baku
Tuesday, May 14, 2024

Rayonlara sərnişin daşıyan avtobusların sazlığı necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının təşkili” qaydalarına əsasən, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması zamanı onların əyləc sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları, təkərlər, mühərrik və konstruksiyanın digər ünsürləri yoxlanılır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, yoxlama avtonəqliyyat vasitəsinin hər hansı bir hissəsini sökmədən və ya çıxarmadan, texniki ölçmə vasitələrindən istifadə etməklə, əsasən, vizual şəkildə ixtisaslı mütəxəssis tərəfindən aparılır.

Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının əsas məqsədi onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydaları, normativləri, standartların tələblərinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər