12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan və Rusiya aqrar sahədə əməkdaşlığı genişləndirir

Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi, kənd təsərrüfatının müxtəlif sahələrində elmi tədqiqatların aparılması ilə bağlı təcrübə mübadiləsi müzakirə olunub.

Müzakirələr kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalovun Rusiya Federasiyasının kənd təsərrüfatı nazirinin müavini Sergey Levin, iki ölkənin müvafiq strukturlarının nümayəndələri ilə keçirilən görüşdə aparılıb.

Tədbirdə Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyd olunub ki, həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.

Görüşdə Azərbaycanın aqrar sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə innovativ yeniliklər, ixracın inkişafı və kənd təsərrüfatına maliyyə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, Azərbaycan və Rusiya arasında kənd təsərrüfatında hazırki vəziyyət barədə müzakirələr aparılıb. Bildirilib ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələr inkişaf edir.

Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var.

 

 

Son xəbərlər
Digər xəbərlər