11 C
Baku
Friday, November 15, 2024

Azərbaycanlılar kütləvi şəkildə dollar alır

Bu ilin iyun ayında Azərbaycanda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı ABŞ dollarının əhali tərəfindən xalis alışı 146,851 mln. dollar təşkil edib.

Əvvəlki ayla müqayisədə xalis dollar alışı 75,4% artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB)  verilən məlumata görə, bu ilin fevral ayında dollar alışı maksimal həddə çatıb və 2 500,639 mln. dolları üstələyib. Minimal həcm isə məhz may ayına təsadüf edib. Keçən ilin iyun ayında isə əhali xalis olaraq 315,371 mln. dollar kütləsi alıb. Yəni, illik müqayisədə əhalinin xalis dollar tələbatı 53,4% azalıb.

Hesabat ayında Azərbaycanda vahid Avropa valyutasının xalis alışı 77,244 mln. avro təşkil edib. Əvvəlki aya nisbətən bu göstərici 37,8% artsa da, 2014-cü ilin iyun ayı ilə müqayisədə 60% azalıb.

Qeyd edək ki, Rusiya rublu üzrə isə əksinə, əhali tərəfindən rublun satışı üstünlük təşkil edir və nəticədə iyunda xalis satış 913,620 mln. rubl təşkil edib. Bu, əvvəlki aya nisbətən 32,4% çoxdur.

Report

Son xəbərlər
Digər xəbərlər