Rusiya paytaxtının Şeremetyevo hava limanında saxlanılan Azərbaycan vətəndaşının üzərindən 1,7 milyon dollar aşkar edilib.
Şeremetyevo hava limanına nəzarət edən gömrük əməkdaşları Azərbaycan vətəndaşının üzərinə baxış keçiriblər və onun üzərində 1 milyon 701 min 300 dolların olduğunu müəyənn ediblər.
Gömrük bəyannaməsində 1 milyon dollar keçirdiyini qeyd edən Azərbaycanlı əlavə 700 min dolları yayındırmaq istəyib. Həmin pulu gömrük əməkdaşları həmyerlimizin çantasına baxış keçirərkən müəyyən ediblər.
Müvafiq orqanlar həmyerlimizin fəaliyyətində cinayət əlamətlərinin olub-olmamasını araşdırır.
Saxlanılan şəxs Dubay-Moskva aviareysinin sərnişini olub.
Hazırda Azərbaycanlının adı açıqlanmır.
ANSPRESS