Sığorta bazarının 63%-i könüllü formalaşıb  

2015-ci ilin yanvar-iyul aylarında  Azərbaycanda toplanmış sığorta haqlarının 62,7%-i və ya 177,5 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından Banker.az portalına daxil olan məlumata görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 6,6% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 105,6 milyon manat və ya bazarın 37,3%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 24,1% böyüyüb.

7 ayda ümumi ödənişin 76%-i və ya 79,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.  Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 47,3% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 25,2 milyon manat və ya ümumi bazarın 24%-ni təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 5,3% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,8 manat ödəniş həyata keçirilib.  2014-cü ilin eyni dövründə isə bu göstərici 32,5 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 28,1 manatdan 23,9 manata düşüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər