19 C
Baku
Tuesday, November 11, 2025

Fiziki şəxslərin dövlət büdcəsinə ödədikləri gəlir vergisi 22.2% artıb

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda fiziki şəxslər tərəfindən dövlət büdcəsinə 463.98 mln. manat gəlir vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.2% çoxdur. Cari ilin ilk 4 ayı ərzində sadələşdirilmiş vergidən dövlət büdcəsinə daxilolmaların həcmi illik müqayisədə 17.7% artaraq 128.07 mln. manat təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində cəmi olaraq dövlət büdcəsinə 10 mlrd. 691.52 mln. manat daxil olub. Bu məbləğdə fiziki şəxslərin gəlir vergisinin payı 4.34%, sadələşdirilmiş verginin payı isə 1.2%-dir. Ötən ilin yanvar-aprel aylarında isə faiz nisbətləri müvafiq olaraq 4.61% və 1.32% idi.

Hesabat dövründə fiziki şəxslərin ödədikləri gəlir vergisinin ÜDM-də payı 1.17%, sadələşdirilmiş verginin payı 0.32% təşkil edib, keçən ilin müvafiq dövründə isə bu göstəricilər müvafiq olaraq 1.51% və 0.43% olub.

Son xəbərlər
Digər xəbərlər