Rusiyanın enerji şirkəti “Qazprom” sabahdan etibarən Yunanıstana təbii qaz axınını müvəqqəti dayandıracaq.
“Qazprom” tərəfindən ediləcək fasilənin səbəbi “Türk axını” təbii qaz kəmərinin illik müntəzəm baxım işləri olaraq göstərilib.
İyunun 27-dək davam edəcək kəsilmənin Yunanıstanda təbii qaz qıtlığına səbəb olmayacağı və çatışmazlığın mayeləşdirilmiş təbii qaz (LNG) resursları ilə kompensasiya ediləcəyi nəzərdə tutulur.