12 C
Baku
Saturday, November 23, 2024

Okeanın bu tayında “faiz artımı dilə gətirilmir” və valyutası çökür

Dünya mərkəzi banklarının inflyasiyanı cilovlamaq uğrunda faizləri qaldırması, sərt monetar siyasətinə keçməsinə rəğmən Yaponiya Bankı (Mərkəzi Bank – BOJ) ultra-yumşaq pul siyasətinə davam etməklə dollar/yen məzənnəsinin 24 illik maksimum zirvəsini seyr etməkdən “məmnun” görünür.

Banker.az xəbər verir ki, USD/JPY cütlüyünün məzənnəsi Bakı vaxtı ilə 16:10 radələrində 1.11 yen, yaxud 0.83% artımla 136.24 səviyyəsinə çatdı.

Yaponiya Mərkəzi Bankı ölkədə inflyasiyanın 2.5%-ə qalxmasına rəğmən mənfi uçot faiz dərəcəsi siyasəti inadından dönmür. Ölkədə uçot faiz dərəcəsi hazırd -0.10%-dir və bu siyasətinə 2015-ci ildən start verib. İxracyönümlü iqtisadiyyatını dirçəldməsi üçün faiz artımı qərarında tərüddüd edir. Lakin ölkədə qiymətlər, xüsusən də enerji qiymətləri inflyasiyanı tətikləməkdədir.

Yanacaq qiymətlərinin artması Yapon hava yollarının uçuşlarının bahalaşmasına səbəb olub, səyahət firmaları isə sənayenin çox hissəsini vuran məcburi bağlanmalar zamanı itirdikləri gəlirin bir hissəsini geri qaytarmaq cəhdi ilə qiymətləri qaldırıb.

Bu, həm də martın ortalarında görünən dollara nisbətdə 110-120 yen ətrafında olan məzənnədən kəskin şəkildə aşağı düşməkdədir. Analitiklər yen yenidən aşağı enişini davam etdirəcəyi və tezliklə 1 dollar 140 yenə çata biləcəyi qənaətindədirlər.

Yenin dəyərinin sürətlə azalması yapon istehlakçıları və şirkətləri arasında həyəcan təbili çaldı – xüsusən də qəfil idxalı olduqca baha başa gələnlər. Baş nazir Fumio Kişida və Yaponiya Bankının rəhbəri Haruhiko Kuroda bazar ertəsi Tokioda danışıqlar apararaq, valyutanın zəifləməsini “narahatlıq doğuran məsələ” kimi qiymətləndiriblər.

Buna baxmayaraq, Kuroda sədirliyi altında Yaponiya Bankı inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini qaldıran ABŞ və Avropanın mərkəzi banklarından fərqli olaraq, ultra aşağı faiz siyasətini davam etdirəcəyini bir daha təsdiqlədi. Nəticədə, analitiklərin fikrincə, investorlar yapon yenində olan səhmləri satmağa tələsirlər.

Lakin bu da qeyd edilməlidir ki, yen bizim ətrafımızda müşahidə edilən valyutalardan fərqlidir. O dollar qarşısında dəfələrlə bahalaşıb, yaxud ucuzlaşıb. Bununla bağlı ətraflı.

Son xəbərlər
Digər xəbərlər