11 C
Baku
Monday, November 25, 2024

“Philip Morris” Rusiyadan çıxa bilmir – Şirkət üç aydır ki, alıcı axtarır

Dünyanın ən böyük siqaret istehsalçılarından biri olan “Filip Morris” üç aydır Rusiyadakı aktivləri üçün alıcı tapa bilmir, Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir. Bildirilir ki, konsernin rəhbəri Yatsek Olçak bunu “ən mürəkkəb tranzaksiya” adlandırıb.

Rusiya “Philip Morris”in əsas bazardır – qlobal daşınmaların təxminən 10%-i, ümumi gəlirin isə 6%-i məhz bu ölkənin payına düşür. WSJ-un məlumatına görə, 2022-ci ilin əvvəlində Rusiya şirkətində 3.2 min nəfər işləyib, aktivləri isə 1.4 milyard dollar olaraq qiymətləndirilib.

Xatırladaq ki, “Philip Morris” Rusiya bazarını Ukraynada baş verənlərə görə tərk etməyə qərar verib.

Son xəbərlər
Digər xəbərlər