Dünya bazarında neftin qiyməti ucuzlaşıb.
Banker.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar azalaraq 41,78 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,8 dollar ucuzlaşaraq 48,66 dollar olub.