Azərbaycan bankları 2022-ci ilk beş ayında 1 milyard 033.7 milyon manatlıq faiz gəliri əldə edib.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 1 iyun 2022-ci il tarixinə olan statistikasına istinadən xəbər verir.
2022-ci ilin yanvar-may ayları ərzində bankların cəmi faizdən gəliri öncəki ildən 24% artıb.
Kredit faizlərindən gəliri 852.8 mln. manat təşkil edib.
Bankların faiz xərcləri isə 245.1 milyon manat olmaqla, bunun da 169.8 milyon manatı cəlb edilmiş depozitlər üzrə faiz xərcləridir.
Qeyri-faiz gəlirləri 769.6 mln. manat olmaqla, qeyri-faiz xərcləri isə 426 mln. manat olub ki, bu da sektorun 503.7 milyon manat əməliyyat mənfəəti etməsi deməkdir.
Sektorun 73.1 mln. manat mənfəət vergisi xərcinsən sonra xalis mənfəəti 331.5 mln. manat olub. Qeyd edək ki, 2021-ci ilin yanvar-may ayları üzrə xalis mənfəət 273.2 mln. manat idi.