17 C
Baku
Monday, May 13, 2024

Laçın-Kəlbəcərdə külək elektrik stansiyası tikiləcək

Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyası tikiləcək.

Banker.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyasının tikintisini təmin etməlidir.

Nazirlik 2022- 2026-cı illər ərzində layihəyə hazırlıq işlərinin görülməsi, müqavilələrin imzalanması, stansiyanın tikintisini (400 MVt gücündə) təmin etməlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər