“Rusiya-Ukrayna müharibəsinin başlamasında əsas amil ABŞ və NATO-nun vəziyyəti qızışdırmasıdır”

Xəzər dənizində (Xəzəryanı dövlətlər – Azərbaycan, İran, Qazaxıstan, Russiya və Türkmənistan) başqa ölkələrin hərbçilərinin təlimlərdə iştirakı qadağandır.

Bunu İran prezidenti İbrahim Rəisi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

İran prezidenti qeyd edib ki, ABŞ-ın müstəqil ölkələrə tətbiq etdiyi iqtisadi təzyiqlər və sanksiyalarla mübarizənin ən təsiredici yolu İran və Rusiya arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsidir.

O qeyd edib ki, Rusiya və Ukrayna arasında müharibənin başlamasında əsas amil ABŞ və NATO-nun vəziyyəti qızışdırmasıdır.

İ.Rəisi bildirib ki, İran Xəzər dənizində başqa ölkələrin hərbi təlimlərdə iştirakının xüsusi ilə İran sahillərində olmasının qadağan olmasını təkidlə vurğulayıb.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər