17 C
Baku
Monday, May 13, 2024

“METAK” şirkəti “idxal bəyannaməsinə” görə cərimələnir

“MET-AK” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Protokol Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “METAK” şirkəti fəaliyyətə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər