2022-ci ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 587.4 manata çatdırılıb.
Banker.az xəbər verir ki, bu barədə Naxçıvan MR-in Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Komitənin məlumatına görə, bu 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9.5% çoxdur.