14 C
Baku
Sunday, September 29, 2024

ABŞ Ukraynaya əlavə $450 mln. hərbi yardım ayırır

ABŞ Ukraynaya 450 milyon dollar məbləğində əlavə hərbi yardım tranşı ayırır, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir. Vurğulanır ki, məbləğ HIMARS (High Mobility Artilleriy Rocket Systems), artilleriya mərmiləri və patrul katerlərinə xərclənəcək.

“ABŞ Rusiyanın səbəbsiz təcavüzü qarşısında öz demokratiyasını müdafiə etmək üçün Ukraynaya 450 milyon dollarlıq əlavə təhlükəsizlik yardımı paketi elan edir. Bu paketə silah və avadanlıqlar, o cümlədən yeni HIMARS daxildir”, – deyə mesajda bildirilir.

Fevralın 24-dən etibarən Vaşinqtonun Kiyevə verdiyi hərbi yardımın ümumi məbləği indiyədək təqribən 6.1 milyard dollar, Co Baydenin prezidentliyi başlayandan isə 6.8 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər