Türkiyə Mərkəzi Bankının faiz dərəcəsini dəyişdirməyərək 14% səviyyəsində saxlamaq qərarını dəyərləndirən məşhur investisiya bankı J.P.Morgan ilin qalan hissəsində də hər hansı bir dəyişiklik gözləmir.
Pul siyasəti mətninin son açıqlamalardan əhəmiyyətli dərəcədə fərqlənmədiyini ifadə edən J.P.Morgan, inflyasiyada davam edən artıma baxmayaraq, ortodoks siyasətlərə və xüsusilə daha yüksək dərəcələrə ehtiyacın hələ də nəzərə alınmadığına diqqət çəkib.
Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Türkiyə Mərkəz Bankının “gücləndirilmiş makroprudensial siyasəti qətiyyətlə həyata keçirməyə davam etmək və lazım gəldikdə əlavə tədbirlər görmək” öhdəliyi ilə bağlı J.P.Morgan, bu ehtiyacın nə vaxt və necə yarana biləcəyi və hansı əlavə tədbirlərin nəzərə alınacağına dair heç bir istinad olmadığını bildirib.
J.P.Morgan-a görə, dünənki qərar uçot faiz dərəcəsinin ilin sonuna qədər dəyişməyəcəyi fikrini dəstəkləyir.