Avstriya Daxili İşlər Nazirliyi rusiyalı oliqarxlara məxsus 1,5 milyard avro dəyərində sərvətin dondurulduğunu elan edib.
Bu barədə Avstriyanın daxili işlər naziri Qerhard Karner bildirib.
Onun sözlərinə görə, daşınmaz əmlak reyestrlərində rusiyalı oliqarxlara məxsus dəyəri milyonlarla ölçülən mülklərin üzərinə həbs qoyulub.
Xatırladaq ki, Avropa İttifaqının qəbul etdiyi sanksiya paketləri nəticəsində bu ilin fevralından indiyədək Rusiyadan olan 1175 şəxsə və bu ölkəyə məxsus 101 təşkilata sanksiya tətbiq edilib, eyni zamanda on milyard avro dəyərində sərvət müsadirə olunub.